Greenville Residence (Aral Group) – Bağçalı Premium Mənzil
Şəhərin ən prestijli yaşayış komplekslərindən biri olan Greenville Residence-də yerləşən bu bağçalı mənzil həm yaşamaq, həm də investisiya üçün ideal seçimdir.
----------- 173.500 azn -------------- 102.058 $ ---------------
Mənzil haqqında
• Sahə: 79.38 m²
• 1-ci mərtəbə – Şəxsi bağçalı mənzil
• Əlavə 30 m² şəxsi bağça yalnız sizin istifadəniz üçündür və sənədlərdə rəsmi olaraq "bağçalı mənzil" kimi qeyd olunub.
• Bağça qapalı, yaşıllıqla zəngin və sakit həyətə baxır.
Ən böyük üstünlük – 4.6 metr tavan hündürlüyü
Mənzilin 4.5–4.6 metr tavan hündürlüyü sayəsində rahatlıqla dupleks layihə həyata keçirmək mümkündür. Sea Breeze layihələrində olduğu kimi, ikinci səviyyədə yataq otağı, uşaq otağı və ya iş kabineti yaratmaqla yaşayış sahəsini maksimum səmərəli istifadə edə bilərsiniz.
Tam sərbəst planlaşdırma
Mənzil arakəsməsiz (open space) təhvil verilir. Bu da interyeri və otaq bölgüsünü tamamilə öz zövqünüzə və ehtiyacınıza uyğun formalaşdırmaq imkanı yaradır.
Qeyd: Elanda təqdim olunan interyer şəkilləri eyni layihəyə malik mənzilə aiddir və yalnız mümkün dizayn variantını nümayiş etdirir.
Kompleksin üstünlükləri
• Qapalı və mühafizə olunan yaşayış kompleksi
• Giriş yalnız sakinlər və onların qonaqları üçün
• Avtomobilsiz daxili həyət – uşaqlar üçün təhlükəsiz və sakit mühit
• Geniş yaşıllıq sahələri və istirahət zonaları
• Uşaq oyun meydançaları
• Futbol meydançası
• İdman zalı
• Restoran və kafelər
• Alış-veriş mərkəzi və müxtəlif mağazalar
• 2 mərtəbəli yeraltı parkinq, əlavə olaraq kifayət qədər yerüstü avtomobil dayanacağı
Bu mənzil şəxsi bağça, yüksək tavan, dupleks imkanı və premium yaşayış mühiti ilə bazarda nadir rast gəlinən təkliflərdən biridir. Həm rahat ailə həyatı, həm də yüksək gəlirli investisiya üçün əla seçimdir.